Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, bir gün bir gənc Həzrət Musanın (ə) yanına gəlir və deyir:
“Ey Musa, mənim ibadətimin Allaha nə faydası var ki, sən bu qədər ona əməl etməyi və əzmlə davam etməyi buyurursan?”
Həzrət Musa (ə) belə buyurdu: “Yadımdadır ki, yeniyetmə vaxtlarımda Şueyb peyğəmbərin qoyunlarını otarırdım. Bir gün zəif bir oğlaq təhlükəli bir qayaya çıxdı və oradan enərkən ona bir bədbəxtlik baş verə bilərdi.”
“Mən min əziyyət və çətinliklə özümü o qayaya çatdırdım, oğlaqı qucaqladım və qulağına pıçıldadım:
"Ey oğlaq, Allah bilir ki, mənim bu qədər ardınca qaçmağım və sənin arxanca düşməyim satılacağın gümüş sikkə üçün deyil.
Bil ki, Musa sənin saxlanmağın və satılmağın müqabilində əldə ediləcək bir gümüş sikkəyə möhtac deyil. Mənim sənin arxanca düşməyim, sənin görə bilmədiyin və tanımadığın bir canavarın təhlükəsi üçündür. O canavar isə hər an, mənim yanımdan uzaq düşsən, səni ovlamaq üçün pusqudadır.
“Bilirsən ki, Musa gümüş sikkədən, yəni səni saxlamağım və satmağım üçün olan qiymətdən ehtiyacsızdır. Mənim arxandan qaçmağım və səni çağırmağım, sənin görmədiyin və tanımadığın bir qurd təhlükəsinə görədir; o, əgər mənim yanımda olmasan, hər an səni ovlamağa hazırdır.”
Ey gənc, bil ki, Allah bizim ibadətimizə nə ehtiyacı var nə zərəri var. Həqiqət budur ki, O ibadəti bizdən ona görə istəyir ki, biz ondan uzaq düşməyək və bizim əsas düşmənimiz olan şeytanın tələsinə düşməyək.
Qurani-Kərimdə buyurulur:
«و مَنْ یعْشُ عَنْ ذِکْرِ الرَّحْمٰنِ نُقَیضْ لَهُ شَیطَاناً فَهُوَ لَهُ قَرِینٌ»
Kim Rəhman olan Allahın zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar.
(Zuxruf surəsi, 36-cı ayə)
Mənbə: Həyatul Qulub (Qəlblərin həyatı), Əllamə Məclisi (r)
Rəyiniz